İTV Ertem Şenerin “Qarabağ”ın oyununda KONKRET

29.11.2025

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyəli şərhçi Ertem Şenerin “Qarabağ”ın İtaliyadakı oyununda şərhçi olmamasının səbəbi bilinib.

KONKRET.az Sportal.az-a istinadən xəbər verir ki, Ertem Şener şərh etmək məqsədilə “Qarabağ”ın səfər oyunlarını yayımlayan İTV-yə müraciət edib.

Lakin telekanal rəhbərliyi bu təklifə razılıq verməyib.

Qeyd edək ki, Ertem Şenerin “CBC Sport” telekanalında efirə gedən “Qarabağ” – “Çelsi” oyununda şərhçilik etməsi bu sahədə ilk olmuşdu. Tanınmış türk şərhçinin Pərviz Musayevlə tandemi ictimaiyyət tərəfindən də müsbət qarşılanmışdı. 

Həmin oyundan sonra məlumat yayılmışdı ki, Ertem Şener bu mövsüm “Qarabağ”ın Çempionlar Liqasında qalan oyunlarında da şərhçilik edəcək. Lakin İTV telekanalı ilə yayımlanan “Napoli” – “Qarabağ” matçında ənənəvi mənzərə müşahidə olundu. Matçı Tural Dadaşovun şərhində izlədik.

Əlavə edək ki, Ertem Şenerin “Qarabağ”ın növbəti ev oyunlarında şərhçi kimi iştirakı gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью