İTV nin rəhbərinə yeni vəzifə verildi

05.12.2025

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Dekabrın 5-də Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) ümumi yığıncağı keçirilib. 

"Yeni Sabah" xəbər verir ki, tədbirdə 61 yaşında dünyasını dəyişən AQF-nin mərhum vitse-prezident Fərhad Kasimovun xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Federasiyanın baş katibi Vasif Məmmədov çıxış edərək 2022-2025-ci illər ərzində federasiyanın fəaliyyəti barədə məlumat verib.

Sonra Azərbaycan Qılıncoynatma Federasiyasının rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Balakişi Qasımov növbəti 4 il müddətinə federasiyanın prezidenti, Fikrət Zeynalov vitse-prezidenti, Vasif Məmmədov baş katibi seçiliblər. İcraiyyə Komitəsinə Fikrət Zeynalov, Vasif Məmmədov, Sadıq Sadıqov və Adilə Əhmədova üzv seçiliblər.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью