“IV DİVAR” Həftənin üç günü AZTV DƏ! (Video)

13.08.2026

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sentyabrın 7-dən etibarən "IV Divar" serialını həftənin üç günü AzTV-nin efirində izləyə biləcəksiniz.

Serial 30 il əvvəl Bakı kəndlərinin birində, Fəxrəddin adlı şəxsin evində, adi bir yemək süfrəsi arxasında baş verən dəhşətli qətliamın illər sonra yaratdığı təsirlərdən və insan talelərində buraxdığı izlərdən bəhs edir.

Zaman keçsə də, həmin gecənin sükutu pozulmur. Hadisədən 30 il sonra uşaqlıqda saf sevgi ilə bir-birinə bağlanan, lakin illər ərzində ayrı düşən iki insanın yolları yenidən kəsişir. Bu qarşılaşma keçmişdə gizli qalan həqiqətlərin üzə çıxmasına səbəb olur.

Hekayənin mərkəzində dayanan dörd əsas personajın həyat yolu fərqli istiqamətlərdən başlasa da, sonda onları eyni həqiqət birləşdirir.

"IV Divar" - keçmişin kölgəsində qalan sirlərin, qırılan talelərin və gecikmiş həqiqətlərin hekayəsidir.

Serialın yeni anonsunu izləmək üçün aşağıdakı linkə keçid edə bilərsiniz: https://www.youtube.com/watch?v=NkGd2yMjZQo&feature=youtu.be

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью