“IV Divar” serialı tamaşaçılara təqdim olunacaq

07.09.2026

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sentyabrın 7-dən etibarən AzTV-nin efirində yeni “IV Divar” serialı tamaşaçılara təqdim olunacaq.

Kulis.az xəbər verir ki, serial 30 il əvvəl Bakı kəndlərinin birində, Fəxrəddin adlı şəxsin evində, adi bir yemək süfrəsi arxasında baş verən dəhşətli qətliamın illər sonra yaratdığı təsirlərdən və insanların taleyində buraxdığı izlərdən bəhs edir.

Zaman keçsə də, həmin gecənin səssizliyi dağılmır. Hadisədən 30 il sonra bir-birindən ayrı düşmüş, uşaqlıq illərində saf sevgi ilə bağlanmış iki insanın yolları yenidən kəsişir. Keçmişin sirləri, yarımçıq qalan münasibətlər və illər əvvəl baş verən hadisələrin yaratdığı izlər onların həyatında yeni mərhələnin başlanmasına səbəb olur.

“IV Divar” serialının layihə rəhbəri Həmid Əsədzadə, quruluşçu rejissoru isə Elvin Rüstəmzadədir.

Ekran işində İbrahim Çingiz, Firdovsi Atakişiyev, Sabirə Abdullayeva, Sənan Əlləz, Əlibəy Məmmədli, Nigar Mürsəlova, Ceyhun Məmmədov, Asiman Ağa Rövşən, Pərviz Sərxan və digər aktyorlar rol alıblar.

Qeyd edək ki, “IV Divar” serialı hər həftənin I, II və III günləri saat 23:00-da AzTV-nin efirində yayımlanacaq.

Nazim Şahın "13-cü Dua" adlı fərdi sərgisi açılacaq "Müəllifin mirajı ümidi sınağa çəkir..." - Nihatın qəhrəmanları hara qaçırlar?! Selin Dion Paris səhnəsinə qayıdır - 9 ildən sonra
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью