IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında türksoylu ölkələrdən 20 dən çox qələm adam…
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 25 may, Göyçək Mahmudlu, AZƏRTAC Ötən illərdən fərqli olaraq bu il IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı doqquz gün davam edəcək.
Ənənəvi olaraq hər gün bir ölkəyə həsr olunur. Azərbaycana həsr ediləcək gün mayın 28-nə - Müstəqillik Gününə təsadüf edəcək.
İyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə I Türk Dünyası Uşaq Festivalı keçiriləcək.
Bunu AZƏRTAC-a müsahibəsində festivalın təşkilatçısı Beynəlxalq Türk Müəllifləri Birliyinin sədri Xəyal Rza deyib.
"Festivalda endirimli kitablar, sərgi və satış yarmarkaları var.
Ümumiyyətlə, festivalın proqramı zəngindir: əyləncəli proqramlar, elmi müzakirələr, kitab təqdimatları, yubiley tədbirləri.
Bütün türksoylu ölkələrdən, o cümlədən Macarıstandan 20-dən çox tanınmış alim və qələm adamı qonağımız var.
Tam oxu
Xəbəri oxu