İvan Brkiç: Azərbaycanda tarazlıq tapılmalıdır | Icma.az
sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. "Bunun düzgün qərar olduğuna əmin deyiləm".
Bu sözləri Sport24.az-a açıqlamasında "Neftçi"nin sabiq qapıçısı İvan Brkiç deyib.
Hazırda Polşanın "Motor" klubunda çıxış edən 29 yaşlı qolkiper 2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında legioner limitinin ləğv edilməsinə münasibət bildirib: "Əcnəbi futbolçular Premyer Liqanın səviyyəsini yüksəldə bilər.
Ancaq məhdudiyyət olmasa, istedadlı yerli oyunçular əziyyət çəkə bilərlər. Azərbaycanda tarazlıq tapılmalıdır.
Öz oyunçularınızı inkişaf etdirməli və ölkə xaricindən keyfiyyətli legionerlər gəlməlidir".
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu