“İvan İliçin ölümü” tamaşasının premyerası keçirildi

19.11.2026

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Akademik Milli Dram Teatrında Lev Tolstoyun “İvan İliçin ölümü” əsəri əsasında eyniadlı tamaşanın premyerası keçirilib.

Kulis.az xəbər verir ki, səhnə əsəri teatrın Abbas Mirzə Şərifzadə adına səhnəsində nümayiş olunub.

Tamaşa 14 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan mədəniyyəti 2040” Dövlət konsepsiyasından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində teatr sənətinin inkişafı, gənc rejissorların yaradıcılıq potensialının stimullaşdırılması və onların peşəkar fəaliyyətinə dəstək məqsədilə “Bölgə teatrlarının Bakı premyeraları” layihəsinin yeni - II mərhələsinin bir hissəsidir.

Tamaşanın quruluşçu rejissoru Mirzə Nicat, səhnələşdirmənin müəllifi Cavid Zeynallı, quruluşçu rəssamı Anar Əliyev, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Nərmin Həsənovadır.

Yeni səhnə əsərində əməkdar artistlər Elşən Rüstəmov, Şəlalə Şahvələdqızı, aktyorlar Ramin Şıxəliyev və Elsevər Rəhimov iştirak edirlər.

Lev Tolstoyun “İvan İliçin ölümü” əsəri baş qəhrəman İvan İliçin son günlərində çəkdiyi əzablı ağrılar və ölümü üzərində qurulmuşdur.

Əsər sırf maddi mənfəətə köklənmiş həyatın mənasızlığını və mənəvi ağrıların dözülməz həddə çatdığı halı əks etdirir.

12 yaşlı uşaq süni intellektə qarşı şeir yazdı – Müsabiqədə qalib gələn əsər müzakirə yaratdı 2026-cı ilin sözü seçildi - "Maxxing" nə deməkdir? "Royal Society of Literature Pioneer Prize" mükafatının qalibi açıqlandı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью