İvan Rakitiç karyerasını bitirdi

19.05.2025

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

Xorvatiyalı yarımmüdafiəçi İvan Rakitiç peşəkar futbolçu karyerasını bitirib.

Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, o, 37 yaşında butslarını mıxdan asmaq qərarına gəlib.

Rakitiçin son iş yeri bu mövsüm formasını geyindiyi Xorvatiya "Hayduk"u olub.

Sözügedən futbolçu "Barselona" ilə 4 dəfə La Liqanın, İspaniya Kubokunun və Çempionlar Liqasının qalibi adını qazanıb. Yığmanın heyətində DÇ-2018-in gümüş medalını əldə edən İvan "Sevilya"nın sıralarında 2 dəfə Avropa Liqasının kubokunu başı üzərinə qaldırıb.

Nihat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью