İvan Toni məhkəmədə günahını qəbul etmədi

01.10.2026

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İngiltərə millisinin və Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun hücumçusu İvan Toni ona qarşı irəli sürülən hücum ittihamı üzrə özünü təqsirli bilməyib.

Apasport.az xəbər verir ki, 30 yaşlı futbolçu Londonun Vestminster Magistrat Məhkəməsində hakim qarşısına çıxıb və bədən xəsarəti yetirməklə hücum ittihamını rədd edib. 

İş 2025-ci il dekabrın 6-da Londonun Soho bölgəsindəki gecə klublarından birində baş verdiyi iddia olunan insidentlə bağlıdır.

Toni Saber Da Silvaya hücum etməkdə ittiham olunur.

Toni işə hakim və andlı iclasçılardan ibarət Kral Məhkəməsində baxılmasını seçib. Futbolçu növbəti dinləməyədək girov müqabilində sərbəst buraxılıb.

Qeyd edək ki, İvan Toninin növbəti məhkəmə iclası oktyabrın 29-da Sautuork Kral Məhkəməsində keçiriləcək.

Emin Mahmudov: “Mütləq qalib gəlməliyik” Autizm Mərkəzinin şagirdləri “Neftçi”nin qonağı olub "Turan Tovuz" - "İmişli" matçının keçirilmə yeri dəyişdirilib Lixtenşteynin baş məşqçisi: “Azərbaycan favoritdir” Lixtenşteynli futbolçu: “Qələbə üçün əlimizdən gələni edəcəyik”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью