İvan Yuriç Premyer Liqa klubunda

20.12.2024

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

İngiltərənin “Sauthempton” klubunun yeni baş məşqçisi bəlli olub.

QOL.az xəbər verir ki, Premyer Liqa təmsilçisini İvan Yuriç çalışdıracaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Xorvatiyalı mütəxəssislə bu gün müqavilə imzalanacağı gözlənilir. O, istefaya göndərilən Rassell Martini əvəzləyəcək.

Qeyd edək ki, Yuriç bunadək “Cenoa”, “Verona”, “Torino” və son olaraq “Roma”da çalışıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью