İvanişvilinin sərvəti artdı | Icma.az
Icma.az, Teleqraf.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvilinin sərvəti bu ilin əvvəlindən noyabrın 9-dək 1,13 milyard ABŞ dolları artıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Bloomberg” nəşri yazıb.
Nəşrin siyahısına əsasən, B.İvanişvili 7,73 milyard ABŞ dolları ilə dünyanın 500 milyarderi arasında 391-ci yerdə qərarlaşıb.
Qeyd olunub ki, onun sərvətinin böyük hissəsini səhmlər, gəlirli aktivlər və nağd vəsaitlər, alternativ investisiyalar və məhsullar təşkil edir.
Bundan başqa, hakim partiyanın fəxri sədri 1 milyard ABŞ dolları dəyərində incəsənət əşyaları kolleksiyasına malikdir.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu