İvanka Trampın Mərakeş səfərində mühafizəsinə 93 min dollar xərcləndi

08.11.2026

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ vergi ödəyicilərinin Donald Trampın qızı İvanka Trampın Mərakeşə səfəri zamanı mühafizəsinin təmin olunmasına 93 min dollar xərclədiyi bildirilir.
Bizim.Media xəbər verir ki, Daily Mail-in məlumatına görə, Məxfi Xidmət əməkdaşlarının beşulduzlu Sofitel və La Mamounia hotellərində yerləşdirilməsi üçün müvafiq olaraq 59 543 və 33 457 dollarlıq müqavilələr bağlanıb.
Nəşr qeyd edir ki, bu məbləğə yalnız mühafizəçilərin yaşayış xərcləri daxildir. Əməkdaşların maaşları, aviabiletlər, yemək və nəqliyyat xərcləri bura daxil deyil.
İvanka oktyabrın 29-da Mərakeş şəhərində görüntülənib. Mərakeş mediası onun səfərini şəxsi istirahət kimi təqdim edib.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью