IX Milli Assambleyada kimlər olacaq?

07.06.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Bu gün erməni elektoratı bu suala cavab verəcək

Ermənistan Milli Assambleyasına seçkilərlə bağlı seçki məntəqələri açılıb və səsvermə prosesi başlayıb. Seçmək hüququna malik vətəndaşlar İrəvan vaxtı ilə saat 08:00-dan 20:00-dək səs verə bilərlər. Bu dəfə ölkə xaricində səsverməyə icazə verilmir.

Erməni mediasının məlumatına əsasən, saat 12:00-dan etibarən Mərkəzi Seçki Komissiyası hər üç saatdan bir seçici fəallığına dair açıqlama verəcək.

Əvvəlki illərin təcrübəsinə əsaslanaraq güman etmək olar ki, Ermənistanın yeni parlamentində yeni baş naziri də müəyyən edəcək siyasi qüvvələrin topladıqları səslərin nisbəti, seçicilərin üçdə birinin yaşadığı paytaxt İrəvan da daxil olmaqla, iri şəhərlərdən məlumatlar daxil olmağa başlayandan sonra, təxminən saat 14:00–15:00 radələrində aydın görünəcək. MSK-nın təxminən axşam saat 23:00-da təmsilçi sayılmayan ən kiçik və ucqar kənd seçki məntəqələri üzrə səsvermənin nəticələrini elan etməyə başlayacağı gözlənilir. Elektron səslərin sayılması iyunun 8-i səhər saat 8:00-da başa çatacaq.

Xatlırladaq ki ki, Ermənistan parlamenti proporsional seçki sistemi əsasında, yəni yalnız partiya siyahıları üzrə formalaşdırılır. Ölkənin sayca 9-cu Milli Assambleyasında yerlər uğrunda 18 siyasi qüvvə – 16 partiya və iki partiya bloku mübarizə aparır. 107 yerlik parlamentə düşmək üçün partiyalar elektoratın 4 faizinin, partiya blokları isə 8 faizinin səsini qazanmalıdır.

Ölkə üzrə 2 milyon 485 min 851 nəfər seçicinin səsləri uğrunda mübarizə əsasən dörd iddialı – iqtidardakı “Mülki müqavilə” partiyası, 
“Çiçəklənən Ermənistan” partiyası (Qagik Tsarukyan), “Güclü Ermənistan” bloku (Samvel Karapetyan) və “Ermənistan” bloku (Robert Koçaryan) arasında gedir. 

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью