Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Forumun rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, tədbir bu il “Yeni Reallıq” konsepti çərçivəsində dəyişən iş mühiti, transformasiya olunan liderlik yanaşmaları və insan kapitalının gələcəyi kimi aktual mövzulara fokuslanaraq ölkədə HR sahəsinin inkişafına töhfə verməyi hədəfləyir. “Başkent” restoranlar şəbəkəsinin sponsorluğu və “Markup Agency”nin dəstəyi ilə keçirilən forum, iştirakçılara sürətlə dəyişən dünyada çeviklik, innovasiya və insan yönümlü strategiyaların əhəmiyyətini dərindən kəşf etmək imkanı yaradacaq.
Sahənin aparıcı peşəkarlarını, şirkət rəhbərlərini və HR mütəxəssislərini bir platformada toplayacaq forum çərçivəsində müxtəlif mövzuları əhatə edən 3 əsas panel təşkil olunacaq. Tədbir proqramı çərçivəsində aşağıdakı panel müzakirələri keçiriləcək:
I Panel: “Yeni reallıqda liderlik”;II Panel: “Yeni reallıqda insan”;III Panel: “Yeni reallıqda oyun qaydaları”.Müzakirələr zamanı liderlik yanaşmalarının inkişafı, süni intellektin HR proseslərinə təsiri, təşkilati mədəniyyətin formalaşdırılması və HR strategiyalarının biznes performansına təsiri kimi mühüm məsələlər 3 moderator və 15 spikerin təqdimatında təhlil olunacaq.
Forum iştirakçıları sahənin mütəxəssisləri ilə birbaşa ünsiyyət qurmaq, yeni əməkdaşlıqlar yaratmaq və müasir dövrün çağırışlarına uyğun yeni yanaşmalarla tanış olmaq imkanı qazanacaqlar.
Ətraflı məlumat və qeydiyyat üçün forumun rəsmi saytına daxil ola bilərsiniz: www.mirf.az