Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 16 noyabr, AZƏRTAC
Cari ilin yanvar-oktyabr aylarında ölkədən neft koksunun ixracı 3,63 faiz artaraq 173 milyon 131,3 min ton təşkil edib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ixrac edilən məhsulun dəyəri isə 3,7 dəfə artaraq 52 milyon 301 min dollar olub.
Xatırladaq ki, 2024-cü ilin eyni aylarında Azərbaycandan 167 milyon 67,7 min ton və ya 14 milyon 159,8 min dollar dəyərində neft koksu ixrac edilib.