İxraca göndərilən neft məhsullarının həcmi 41 faizə yaxın artıb

15.09.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 15 sentyabr, AZƏRTAC

Bu ilin yanvar-avqust aylarında ölkədən 617 min tondan çox xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları - tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə faiz və ya daha artıq olan məhsullar ixrac edilib. Bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 40,7 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda deyilir.

İxrac olunan neft məhsullarının dəyəri isə 2 dəfə artaraq 466,8 milyon dollar olub.

Xatırladaq ki, 2025-ci ilin eyni dövründə Azərbaycandan 438,7 min ton neft məhsulları ixrac edilib, həmin ixracın dəyəri 233,3 milyon dollar olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью