İxraca göndərilən neft məhsullarının həcmi açıqlanıb

16.10.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 16 oktyabr, AZƏRTAC

Yanvar-sentyabr aylarında ölkədən 503 min tondan çox xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları - tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə faiz və ya daha artıq olan məhsullar ixrac edilib. Bu da ötən illə müqayisədə 9 faiz çoxdur.

Bu barədə AZƏRTAC-a Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.

Qeyd olunub ki, ixrac olunan məhsulların dəyəri 273 milyon dollardan çoxdur.

Xatırladaq ki, ötən ilin müvafiq aylarında Azərbaycandan 461,8 min ton neft məhsulları ixrac edilib, həmin ixracın dəyəri 292,3 milyon dollar olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью