Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 17 mart, AZƏRTAC
2026-cı ilin yanvar-fevral aylarında ölkədən 103 min tondan çox xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları - tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə faiz və ya daha artıq olan məhsullar ixrac edilib. Bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz azdır.
Bu barədə AZƏRTAC-a Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.
Qeyd olunub ki, ixrac olunan məhsulların dəyəri 75 milyon dollardan çoxdur.
Xatırladaq ki, 2025-ci ilin eyni dövründə Azərbaycandan 111,5 min ton neft məhsulları ixrac edilib, həmin ixracın dəyəri 49,6 milyon dollar olub.