Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Müəllif: Gülnar Əhmədli, Banco.az
“İxrac icmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2026-cı ilin yanvar-may aylarında həyata keçirilmiş ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.
Banco.az xəbər verir ki, özəl ixracatçıların siyahısında “AIMKL”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi 153.4 milyon dollarlıq ixracla birinci olub.
İlk 10-luqda olan şirkətlər bunlardır:
“AIMKL”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi - 153.4 milyon dollar “Prime Cotton” MMC - 79 milyon dollar “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC - 54.6 milyon dollar “Baku Steel Company” QSC - 36.9 milyon dollar "Agrarco" MMC - 29.5 milyon dollar "Silk Way Aviaşirkəti" MMC - 28.5 milyon dollar “P-Aqro” MMC - 21.6 milyon dollar "Tabaterra" MMC - 21.3 milyon dollar “Prime LM” MMC - 17.1 milyon dollar "Prime Export" MMC - 15.6 milyon dollarBizi sosial şəbəkələrdən izləyin!!