Icma.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.
Müəllif: Gülnar Əhmədli, Banco.az
“İxrac icmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2026-cı ilin yanvar ayında həyata keçirilmiş ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.
Banco.az xəbər verir ki, özəl ixracatçıların siyahısında “AIMKL”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi 29.3 milyon dollarlıq ixracla birinci olub.
İlk 10-luqda olan şirkətlər bunlardır:
“AIMKL”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi - 29.3 milyon dollar "Agrarco" MMC - 13 milyon dollar “Prime Cotton” MMC - 9.2 milyon dollar “Baku Steel Company” QSC - 5 milyon dollar “Prime LM” MMC - 4.2 milyon dollar "Khan El" MMC - 3.9 milyon dollar “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC - 3.8 milyon dollar “AFA Export” QSC - 3.6 milyon dollar “P-Aqro” MMC - 3 milyon dollar "Mors Trading" MMC - 2.6 milyon dollarBizi sosial şəbəkələrdən izləyin!!