İxracdan ən çox qazanan özəl Azərbaycan şirkətləri YENİ SİYAHI

03.03.2026

Marja.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın növbəti sayını təqdim edib.

İcmala əsasən, 2026-cı ilin yanvar ayı üzrə hazırlanmış qeyri-dövlət (özəl) ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar:

"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “AGRARCO” MMC, "Prime Cotton” MMC, "Baku Steel Company" QSC, “Prime LM" MMC, "KHAN-EL" MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, “AFA Export” MMC, "P-AQRO" MMC, "Mors Trading" MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına “AzerGold” QSC  başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: 

 “SOCAR Polymer” MMC, ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, “Azəralüminium” MMC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Naxçıvan Enerji" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Sənayecihaz" EİM, “SOCAR CAPE” MMC, "Qaradağ Şüşə Zavodu" ASC, "Azərxalça" ASC.

İş elanları AzVak.az-da

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью