İxtisarlar maliyyə səbəbindən baş verib KONKRET

08.01.2025

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Amerika Xüsusi Əməliyyat Qüvvələri  maliyyə çatışmazlığı səbəbindən şəxsi heyətinin bir hissəsini ixtisar etmək zərurəti ilə üzləşib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu  ABŞ müdafiə nazirinin xüsusi əməliyyatlar və aşağı intensivlikli münaqişələr üzrə köməkçisi Kristofer Mayer deyib: “XƏQ-nin büdcəsi təxminən 14 milyard dollardır. Əgər nəzərdə tutulandan əlavə işlər çıxarsa bu məbləğ yetərli deyil”. Mayerin qeyd etdiyi kimi, XƏQ  əməliyyatlar zamanı qoşunların digər bölmələrinə yardım göstərir. Əksər hallarda Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Quru Qoşunlarının yanında olur:

“Lakin buna elmi baxımdan yanaşılsa, bizim daha çox şeyə ehtiyacımız var ki, onları azaltmalı olduq. Psixoloji əməliyyatlar və mülki işlər üzrə mütəxəssislərdən imtina etdik. Təəssüf ki, biz kəşfiyyat və digər kadrlardan da imtina etdik. Tez-tez aktivləşdiricilər adlandırdığımız və əməliyyat heyəti üçün daha vacib olanları saxladıq”, -deyə Pentaqon rəsmisi bildirib.

Vəli Həsənoğlu,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью