İxtisarlar növbəsi Penitensiar Xidmətə çatdı

10.04.2025

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2025-ci ilin ilk aylarından büdcədən maliyyələşən strukturlarda ixtisarlar hələ də davam edir. 

Qeyd edək ki, müxtəlif dövlət təşkilatlarından tutmum ali məktəblərə qədər hər yerdə ixtisarlar aparılıb.

Gununsesi.infonun xəbərinə görə, növbəti ixtisarlar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində olacaq.

Belə ki, bir neçə gün əvvəl Şəkidə olan ədliyyə naziri Fərid Əhmədov buradakı Penitensiar Müəssisəyə də baş çəkib.

Əməkdaşlarla görüşən nazir Penitensiar Xidmətdə çalışanların sayının çoxluq təşkil etdiyini, buna görə də ixtisarlar aparılacağını deyib.

Elmar

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью