İxtisas seçiminin nəticələri nə vaxt AÇIQLANACAQ?

19.08.2026

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək istəyən abituriyent və subbakalavrlar üçün ixtisas seçimi bu gün başa çatır. 
Bizim.Media "Azərbaycan müəllimi" qəzetinə istinadən xəbər verir ki, namizədlər bu gün saat 23:59-dək “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nə daxil olaraq seçdikləri ixtisasları təsdiqləməlidirlər.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ixtisas seçiminin nəticələri növbəti həftə ərzində elan olunacaq.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью