İyirmi əfqan cinayətkar Almaniyadan deportasiya olunub

26.02.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Berlin, 26 fevral, AZƏRTAC

Almaniya 20 əfqan cinayətkarı öz ölkələrinə deportasiya edib.

AZƏRTAC xəbər verir ki, Almaniya Daxili İşlər Nazirliyi cinayətkar şəxslərin Leyptsiqdən Kabilə çarter reysi ilə yola salındığını açıqlayıb.

Nazirlik üçüncü ölkələrin dəstəyi olmadan Əfqanıstana birbaşa geri qaytarmaların həyata keçirilməsi ilə bağlı son aylarda intensiv iş aparıb. Bu gün məhz həmin razılaşma əsasında Əfqanıstana ilk geri göndərmə baş tutub. Deportasiya edilənlər Almaniyada cinayət törətmiş və barələrində ölkəni mütləq tərk etmələrinə dair qərar qəbul olunmuş şəxslərdir.

Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt əldə olunan razılaşmanın Əfqanıstana birbaşa və davamlı deportasiyalar üçün etibarlı əsas yaratdığını bildirib:“Cəmiyyətimizin marağı ondadır ki, cinayətkarlar ölkəmizi tərk etsinlər. Buna görə də biz qətiyyətlə hərəkət edir və deportasiya prosesini mərhələli şəkildə genişləndiririk”.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью