İyirmi nəfər işçinin maaşını vermədiyi iddia edilən restoran icarədarı saxlanıldı

25.01.2026

Icma.az, Avtosfer saytına istinadən bildirir.

"Grill House" restoranının iki aydır 20 nəfər işçinin maaşını verməməsi ilə bağlı şikayət olunmuşdu. Şikayətçilər bildirirdilər ki, icarədar məkanın bağlanmasını bəhanə edərək maaşın ödənilməsini gecikdirir.

Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı polis leytenantı Cəsarət Qənbərli Oxu.az-a bildirib ki, qeyd edilən məsələ ilə bağlı işçilərin müraciətləri əsasında Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılıb:

"Həmin şəxs 38 yaşlı O.Qarayev polis əməkdaşları tərəfindən saxlanılıb. İşçiləri narahat edən halların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür".

Oxunub 36

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью