Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 31 avqust, AZƏRTAC
Yeni dünya düzəninin formalaşdığı, geosiyasi şəraitin sürətlə dəyişdiyi bir dövrdə sülh və sabitliyin möhkəmləndirilməsində, təhlükəsizliyin təmin olunmasında, əməkdaşlığın inkişaf etdirilməsində beynəlxalq təşkilatların üzərinə böyük məsuliyyət düşür. Bu kontekstdə son illərdə nüfuzu əhəmiyyətli şəkildə artan beynəlxalq təsisatlar arasında Şanxay Əməkdaşlıq Təşkilatının rolu xüsusi olaraq vurğulanmalıdır. Dünyanın ən böyük regional qurumu kimi ŞƏT-ə üzv ölkələr Avrasiya ərazisinin təxminən 60 faizini, dünya əhalisinin 40 faizini, qlobal ümumi daxili məhsulun 25 faizini təmin edir.
Daha ətraflı AZƏRTAC-ın videomaterialında.