Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Şair Nazilə Səfərli arıqlamaq üçün iynə vurduranları tənqid edib.
Axşam.az xəbər verir ki, artıq çəkidən xilas olan Nazilə bu üsula əl atanları xəstə adlandırıb və onların görünüşünü pisləyib. Şair özü isə iynə vasitəsilə arıqlamadığını bildirib.
O, çəkisini gəzinti, sağlam qidalanma və qida əlavələrinin köməyi ilə atdığını söyləyib. Bununla belə, N.Səfərli özü də dərman içdiyini etiraf edib:
“İynə ilə arıqlayanlar "çuxotka"ya oxşayırlar. Fikir verin, hamısına. Mən isə gəzməklə, sağlam qida və dərmanla arıqlayıram. Dərman deyil, qida əlavəsidir”.