İynələrlə arıqladım İrem Derici

26.05.2025

Icma.az, Medicina portalına istinadən məlumatı açıqlayır.


Türkiyəli müğənni İrem Derici iynələr vasitəsilə arıqladığını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

“Boğazımı tuta bilmirəm. İynə ilə arıqlayıram. Bu həm insanı yorur, həm də təzyiqini aşağı salır. İynə vasitəsilə arıqlamağı heç kimə tövsiyə etməzdim, amma 10 məşhurdan 9-u iynə ilə arıqlayır. Hətta dünya ulduzları da belə edir. İstəyirəm ki, geyindiyim hər şey mənə uyğun olsun, incəbelli olum, armudu stəkan kimi olub səhnəyə çıxım”, - deyə, müğənni bildirib.

Xatırladaq ki, İrem Derici 2017-ci ildə arıqlayaraq 43 kilo olmuş və günlərlə xəstəxanada müalicə almışdı.






Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью