İynəyə görə xəstə ölmüşdü: 70 yaşlı həkim bu cəzanı aldı

16.01.2025

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Şəkidə evində yaratdığı qeyri-qanuni tibb məntəqəsində xəstəyə iynə vurmaqla ölümünə səbəb olan həkim cinayət məsuliyyətinə cəlb edilib.

“Cebheinfo.az” “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Şəki Rayon Mərkəzi Xəstəxanasının travmatoloq-ortopedi 1955-ci il təvəllüdlü Hikmət Əliyev barəsindəki cinayət işinin materialları rayon məhkəməsinə göndərilib.

O, Cinayət Məcəlləsinin 124.1-ci (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirli bilinib. Məhkəmədə bildirilib ki, H.Əliyev lisenziya əldə etmədən öz evində xəstələrin müayinə-müalicəsini qeyri-qanuni həyata keçirib.

Belə ki, Şəki rayon Kiş kənd sakini Sədiqvə Həsənova 2023-cü ildə kürək nahiyəsində olan ağrılarla həkimə müraciət edib. “Kifoskolioz” diaqnozu qoyulmuş qadına şprislə 1 ml miqdarında “Flosteron” və 5 ml-lik “Novokain” dərman qarışığı, həmçinin 2 ml “Etofleks” və 2 ml “Tiofleks” dərman preparatları vurulub.

Lakin iynələr qeyri-steril şəraitdə vurulduğundan qadının bədəninə infeksiya düşüb. Nəticədə bədəninə fleqmona (kəskin iltihabi qızartılar) yayılıb. O, orqanizmin ümumi intoksikasiyası nəticəsində inkişaf edən kəskin ağciyər-ürək çatışmazlığından vəfat edib.

Şəki Rayon Məhkəməsində keçirilən prosesdə Hikmət Əliyev Sədiqvə Həsənovanın ölümünə onun vurduğu iynənin səbəb olmadığını deyib. Mərhumun yaxınları isə həkimi qeyri-steril iynədən istifadə etməkdə ittiham ediblər və bunun ağır fəsadlara gətirib çıxardığını bildiriblər.

Məhkəmə 70 yaşlı həkimi qeyd edilən cinayət əməlini törətməkdə təqsirli bilib. H.Əliyevə 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası verilib. O, cəzasını məntəqə tipli müəssisədə çəkəcək. 

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью