“İyrənc reytinq” Xalq artisti sərt danışdı VİDEO

04.11.2025

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Əsl sənətkarlar gücü işə verməlidirlər, reklama yox. Əgər sənətdə sən bazar fikirləşirsənsə, onun adı sənət deyil, onun adı elə bazardır”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva ATV-də yayımlanan “Afaqla onlar” verilişində söyləyib. Pop ulduz müsahibəsində bəzi müğənnilərə sərt iradını bildirib: “Hər yerə xərclənsən səndən nə qalar? Sənət pul qəbul etmir, sənət sənəti qəbul edir. Əsl sənətkar olmaq üçün dəyərə xidmət etməlisən. Sənətkar bilirsiniz kimdir? Heçnəyi fikirləşmədən dəlicəsinə işinə aşiq olandır. O sənətdən sənə ruzi gələcəksə gələcək”.

Sənətçi həmçinin bəzi müğənnilərin ucuz reklama qurban olduqlarını vurğulayıb: “Bir yerdə ki, bazar var orada sənət, keyfiyyət udulur. Bazar yaxşı reytinq, qazanc gətirə bilir. Nəticədə biz iyrənc reytinq qazanırıq. Beyinləri yuyan, zövqləri korlayan, insanlara qıcıq verən reytinqdir. Biz efirə getməmişik ki, reytinqimiz olacaq. Ziyalılar, peşəkarlar kənara çəkilməməlidir. Onlar kənarda durub, “efiri bəyənmirəm” deməməlidir. Seçməlidir. Danışığını bilməyən aparıcı qarşısında dayanmaram, çünki boş zaman itkisidir. Bunların hər biri gözəl olanda, mən də efirdə oluram”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью