İyul ayında 17 357 müraciət daxil olub

05.08.2026

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


İyul ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 17 357 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.
Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 11 761 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 2 473 müraciət daxil olub.
Newscenter.az xəbər verir ki, BŞTİ-yə 2 699 sənəd (vətəndaşlar tərəfindən 442 ərizə, Elm və Təhsil Nazirliyindən 698, digər qurumlardan 329, tabelikdə olan təhsil müəssisələrindən 378 məktub və 852 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 424 elektron müraciətə baxılıb.
Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə və I sinfə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.
Ruhiyyə Mehdiyeva
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью