İyulda Azərbaycanda bol yağıntı gözlənilir Coğrafiya İnstitutu

30.06.2025

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"İyul ayı stabil aylardan olsa da, şimaldan Azərbaycana daxil olan soyuq hava kütlələri nəticəsində qeyri-sabit hava şəraiti gözləniləndir".
Demokrat.az xəbər verir ki, bunu “apa.az”a açıqlamasında Coğrafiya İnstitutunun İqlim və Aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi Rafiq İsmayılov deyib.
“Həmin soyuq hava kütlələri nəticəsində, Azərbaycana bol yağıntıların düşməsi gözləniləndir.
Bu da daşqınlara, çaylarda sululuğun artmasına səbəb ola bilər. Lakin hava şəraiti may-iyun aylarında normadan aşağı keçdiyinə görə, iyulda nisbətən isti ola bilər”, - o qeyd edib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью