İyulda manatla pul kütləsi 8,5 faiz artıb

26.08.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 26 avqust, AZƏRTAC

Cari ilin iyul ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 8,5 faiz artaraq 43 milyard 841,8 milyon manat təşkil edib.

AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, bank sektorunun xarici öhdəlikləri ilin əvvəli ilə müqayisədə 29,5 milyon manat azalaraq 3 milyard 232,3 milyon manat olub.

Xarici öhdəliklərdəki qeyd edilən dəyişiklik əsasən qeyri-rezident banklardan cəlb olunmuş qısamüddətli depozitlərin həcmindəki azalma ilə əlaqədardır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью