İyulun 10 dan 13 dək günvurma halları müşahidə olunubmu? AÇIQLAMA

14.07.2025

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Son üç gün ərzində (10.07.2025-13.07.2025) günvurma diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə 4 nəfər müraciət edib.

Bu barədə Redaktor.az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

O bildirib ki, onlara ilkin tibbi yardım göstərilib və evə buraxılıb.

"Ölüm halı qeydə alınmayıb"- deyə o əlavə edib.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью