İyulun 15 də dəniz suyunun temperaturu 23 25 dərəcə olacaq

14.07.2026

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Milli Hidrometeorologiya Xidməti iyulun 15-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti ilə bağlı proqnozu açıqlayıb.

Milli.Az xəbər verir ki, məlumata əsasən, sabah Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Proqnoza görə, dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada 23-24 dərəcə, cənub çimərliklərində isə - Türkan, Hövsan, Sahil və Şıxda 24-25 dərəcə isti olacaq.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью