Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu (DSMF) iyul ayı üzrə pensiya ödənişlərinin yekunlaşdırılacağı tarixi açıqlayıb.
Milli.Az xəbər verir ki, DSMF-nin məlumatına görə, respublika üzrə pensiyaların tam ödənilməsi iyulun 22-də başa çatdırılacaq.
Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin də pensiyaları köçürüləcək.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)