Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
İyulun 31-də Azərbaycanda əsasən sabit hava şəraiti müşahidə olunacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz saatlarında şimal-şərq küləyi ilə əvəz olunacaq.
Paytaxtda havanın temperaturu gecə 22-25, gündüz isə 29-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 70-75 faiz, gündüz isə 50-55 faiz təşkil edəcək.
Ölkənin rayonlarında da əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimal edilir. Ayrı-ayrı dağlıq ərazilərdə arabir duman müşahidə olunacaq. Şərq küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 22-27, gündüz 34-38 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 15-20, gündüz 23-28 dərəcə isti olacaq.