İyun ayında ardıcıl 4 qeyri iş günü olacaq

13.05.2025

Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Azərbaycanda iyun ayında ardıcıl 4 qeyri-iş günü olacaq.
Yeniavaz.com
 xəbər verir ki, Nazirlər Kabinetinin “2025-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” Qərarına əsasən, iyunun 6-7-i Qurban bayramı günləri müəyyən edilib. İyunun 7-si şənbə gününə təsadüf etdiyindən beşgünlük iş həftəsində iyunun 9-u qeyri-iş günü hesab ediləcək. Beləliklə, Qurban bayramı ilə əlaqədar ardıcıl olaraq 6,7,8 və 9 iyunda iş olmayacaq.
Bundan başqa iyunun 15-i Milli Qurtuluş Günü, 26-ı isə Silahlı Qüvvələri Günüdür. 15 iyun Milli Qurtuluş Günü bazar gününə təsadüf etdiyindən beşgünlük iş həftəsində 16 iyun iş olmayacaq. Şənbə və bazar günlərini də nəzərə aldığımız zaman iyunda 13 gün qeyri-iş günü olacaq.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью