İyunda 13 gün iş olmayacaq

12.05.2025

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

İyun ayının qeyri-iş günləri açıqlanıb.

BAKU.WS xəbər verir ki, 6-7 iyun Qurban bayramı, 15 iyun Milli Qurtuluş Günü, 26 iyun isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür.

Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq, iyunun 7-si şənbə gününə təsadüf etdiyindən beşgünlük iş həftəsində iyunun 9-u qeyri-iş günü hesab ediləcək. Beləliklə, Qurban bayramı ilə əlaqədar ardıcıl olaraq 6,7,8 və 9 iyunda iş olmayacaq.

15 iyun Milli Qurtuluş Günü bazar gününə təsadüf etdiyindən beşgünlük iş həftəsində 16 iyun iş olmayacaq.

İyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü qeyri-iş günü olur. Belə ki, həftəsonları da daxil olmaqla, iyunda 13 gün qeyri-iş günü olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью