İyunda Bakıda 103ə 5 minə yaxın əsassız çağırış qeydə alınıb

16.07.2026

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2026-cı ilin iyun ayında Bakı şəhəri üzrə Təcili Tibbi Yardım Xidməti ümumilikdə 55 703 çağırış icra edib.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Məlumata görə, çağırışlar əsasında 51 411 nəfərə yerində tibbi yardım göstərilib. Onlardan 5 406-sı uşaq olub.

Eyni zamanda 5 946 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub. Hospitalizasiya edilən şəxslərin 1 039-u uşaq yaş qrupuna aid olub.

Bundan başqa, ay ərzində 4 763 əsassız çağırış qeydə alınıb.

Aynur Babazadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью