İyunda Türkiyə ixrac bazarları iqlim indeksi yüksəlib

09.07.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Türkiyə istehsal sektorunun əsas ixrac bazarlarında əməliyyat şəraitini ölçən ISO Türkiyə istehsal sektoru ixrac bazarları iqlim indeksinin iyun ayının nəticələrini açıqlayıb. İndeksdə 50 hədd dəyərindən yuxarı ölçülən bütün rəqəmlər ixrac mühitində yaxşılaşmanı, 50-dən aşağı dəyərlər isə pisləşməni göstərir. Müvafiq olaraq, may ayında 50.3 olan ISO Türkiyə stehsal sektoru ixrac bazarları iqlim indeksi iyun ayında 50.4-ə yüksələrək ardıcıl iki ay artıb. Lakin bu səviyyə türk istehsalçıları üçün ixrac bazarı mühitindəki yaxşılaşmanın hələ də çox məhdud olduğunu göstərir. Son məlumatlarla ixrac bazarlarında ümumi tələb şərtlərinin güclənməsi tendensiyası 2,5 ilə çatıb.

İxrac bazarı mühiti ümumiyyətlə yaxşılaşsa da, Türkiyə istehsal malları üçün əhəmiyyətli olan bəzi bazarlarda zəif tələb siqnalları müşahidə olunub. Ən böyük beş ixrac bazarından üçündə (Almaniya, Birləşmiş Krallıq və Fransa) istehsal azalıb.

Almaniya və Fransada istehsalın azalması yavaşısa da, Birləşmiş Krallıqda iqtisadi fəaliyyət 2025-ci ilin aprelindən bəri ən sürətli templə azalıb. 

Daha müsbət tərəfi, ABŞ və İtaliya kimi digər vacib ixrac bazarlarında artım qeydə alınıb. Lakin hər iki ölkədə artım tempi orta səviyyədə qalıb. 

İspaniya və Hollandiyada istehsal artımı daha güclü olub. İspaniyada iqtisadi fəaliyyət 2026-cı ilin əvvəlindən bəri ən sürətli templə artıb. Mərkəzi və Şərqi Avropada bəzi iqtisadiyyatlarda tələbat durğun qalıb. Rusiya, Rumıniya və Polşada istehsal azalıb. Çexiya və Qazaxıstanda qeydə alınan artım ayın müsbət inkişaflarından biri olub.

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) qeyri-neft fəaliyyəti iyun ayında artmağa davam etsə də, bu artım son 5 ildə ən zəif səviyyədə olub. Digər Yaxın Şərq iqtisadiyyatlarına baxdıqda, Səudiyyə Ərəbistanı, Qətər və Livanda istehsal artıb, Misir və Küveytdə isə azalıb. Sorğuda izlənilən bütün iqtisadiyyatlar arasında iqtisadi fəaliyyətdə ən əhəmiyyətli azalma Misirdə müşahidə olunub. S&P Global Market Intelligence şirkətinin iqtisadiyyat üzrə direktoru Endryu Harker nəticələrlə bağlı şərh verib: “Geosiyosi qeyri-müəyyənliklərin davam etməsi səbəbindən iyun ayında qlobal tələb şərtləri zəif olaraq qalıb. Bu, Türkiyə istehsal ixracatçılarının ilin ortalarında yeni sifarişlər almaq imkanlarını məhdudlaşdırıb. Əslində, iyun ayında bəzi əsas ixrac bazarlarında istehsal azalıb. İstehsalçılar ilin ikinci yarısında daha sabit beynəlxalq mühitin yaranmasına ümid edirlər ki, bu da daha çox ixrac imkanları yaradacaq”.

M.MİRZƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью