İyundan kimlərin “çörəkpulu” kəsiləcək? KONKRET

27.05.2025

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

2025-ci ilin 1 iyun tarixindən etibarən 18 yaşı tamam olmamış və valideyinlərindən biri məcburi köçkün olmayan şəxslərin vahid aylıq müavinətləri (“çörəkpulu”) kəsiləcək.

KONKRET.az cebheinfo.az-a istinadən xəbər verir ki, artıq bununla bağlı məcburi köçkün ailələrinə aidiyyəti üzrə icra nümayəndələri tərəfindən xəbərdarlıq edilib.

Qeyd edək ki, məcburi köçkünlərə ödənilən vahid aylıq müavinət sıx müvəqqəti məskunlaşma yerlərində qazlaşdırma vəziyyətindən asılı olaraq, adambaşına 33 və 60 manat təşkil edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью