Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Baş nazir Əli Əsədovun sonuncu qərarı ilə ölkədə xüsusi karantin rejiminin müddəti aprelin 1-dən iyulun 1-dək uzadılmışdı. Ötən gün, yəni iyunun 1-də bu barədə yeni qərarın verilməməsi insanlarda belə bir sual doğurub: ölkədə xüsusi karantin rejimi bitib?
BAKU.WS-in əməkdaşı məsələ barədə Milli Məclisin deputatı Aydın Hüseynovun fikirlərini öyrəndi.
Deputatın sözlərinə görə, bu barədə hökumətin qərarını mütləq gözləməliyik. Nazirlər Kabinetinin mətbuat xidməti yəqin ki məlumat yayacaq.
"Ola bilsin ki həftəsonuna düşüb, bu gün birinci gündür və çox gümankı ictimaiyyətə məlumat veriıəcək", - Aydın Hüseynov vurğulayıb.