İyunun 1 dən iyulun 15 dək baş verən yanğınların SAYI RƏSMİ

17.07.2025

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İyunun 1-dən iyulun 15-nə qədər açıq sahələrdə  2880 yanğın hadisəsi qeydə alınıb. 

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

"Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə tədbirlərinə baxmayaraq təəssüflə qeyd edilməlidir ki, araşdırmalar nəticəsində müəyyən olunub ki, bu yanğın hadisələri bəzi vətəndaşların odla ehtiyatsızlıq, siqaret çəkilməsi zamanı ehtiyatsızlıq, o cümlədən ərazilərdə iməclik adı altında məişət tullantılarının yandırılması, hərəkət iştirakçıları tərəfindən avtomobildən siqaret kötüyünün söndürülməmiş halda ətrafa atılması kimi səbəblərdən baş verib",-Nazirlikdən qeyd edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью