İyunun 19 na təyin olunmuş ABŞ İran danışıqları ləğv edilib

19.06.2026

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

İsveçrənin Bürgenştok şəhərində iyunun 19-na planlaşdırılan ABŞ-İran danışıqları baş tutmayacaq.

Bu barədə “Reuters” agentliyi İsveçrə Xarici İşlər Nazirliyinə istinadla məlumat yayıb.

Məlumata görə, nəzərdə tutulan görüş ləğv edilib. Bununla yanaşı, qərarın səbəbləri açıqlanmayıb.

İsveçrə Xarici İşlər Nazirliyi danışıqların yeni tarixinin müəyyənləşdirilib-müəyyənləşdirilmədiyi barədə də məlumat verməyib.

Qeyd edək ki, görüşün ABŞ və İran arasında son dövrlərdə aparılan diplomatik təmasların davamı olaraq keçirilməsi planlaşdırılırdı.

AzPost.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью