İyunun 2 dən BDU da yaz imtahan sessiyası başlayacaq

26.05.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 26 may, AZƏRTAC

İyunun 2-dən Bakı Dövlət Universitetində (BDU) yaz imtahan sessiyası başlayacaq. Bu barədə BDU Elmi şurası qərar qəbul edib.

Bu barədə AZƏRTAC-a BDU-dan bildirilib.

2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının keçirilməsi ilə bağlı elm və təhsil nazirinin 2025-ci il 7 may tarixli əmrinə əsasən nəzərdə tutulmuş müddəalar diqqətə çatdırılıb.

İclasda imtahan sessiyasının 2025-ci ilin iyun ayının 2-dən başlayaraq 5 həftə ərzində keçirilməsi, müxtəlif səbəblərdən imtahanda iştirak etməyən tələbələrə həmin fənlərdən imtahan vermək üçün iyulun 3-dən 7-dək şərait yaradılması barədə qərar qəbul olunub. Yaz imtahan sessiyasında bakalavriat səviyyəsi üzrə 15500-dən çox, magistratura səviyyəsində 1160 təhsilalanın iştirakı gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью