Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.
"Ulduz" jurnalının iyun sayı çapdan çıxıb.
Kulis.az xəbər verir ki, dərginin yeni nömrəsi İntiqam Yaşarın “Özüylə söhbəti və şeirləri” ilə açılır.
Yeni sayda oxucuları bir-birindən maraqlı nəsr, şeir, esse və araşdırma yazıları gözləyir.
Jurnalın rubrikaları üzrə təqdim olunan materialların siyahısını diqqətinizə çatdırırıq:
“Sənət”: Təranə Vahid bir tamaşanın tarixindən bəhs edir – “Günahsız Abdulla, 62 dəqiqəlik şedevr və 42 il”.
“Nəsr”: Bu bölmədə Məmməd Məmmədlinin “Yer”, Furqanın “Taktika” və “Protez dişlər”, Mübariz Cəfərlinin “Başsızlar”, Əlisəfdər Hüseynovun “F= - F”, Mətanət Ulu Şirvanlının isə “Nənəmin qəbri” hekayələri təqdim olunur.
“Şeir vaxtı”: Ceyhun Ötkəm, Günay Ümid, İradə Aytel və Cavid Qasımovun yeni şeirləri oxucuların ixtiyarına verilib.
“Esse”: Tanınmış yazıçı Seyran Səxavət “Sözün belindən gələn adam” yazısı ilə çıxış edir.
“Tribuna”: Mobil Aslanlı Huntürk “H.B.Zərdabinin yaradıcılığında sağlam yaşam tərzi problemi”ni araşdırır.
Bu sayın “Debüt” rubrikası xüsusilə maraq doğurur: 13 yaşlı istedadlı gənc Zəminə Məmmədova “Yeddi məktub, bir həqiqət” adlı hekayəsi ilə dərgidə yer alıb.
“1+1” bölməsində Fəridə Abdullayeva, İlkin Əhmədoğlu və Əminə Həbibin yazıları dərc olunub.
Bundan əlavə, jurnalın iyun nömrəsində Elşad Barat, Nargilə Yusifqızı, Sübhan Vüqaroğlu, Fuad Biləsuvarlı və qürbətdə yaşayan Akif Azalpın gənclik şeirlərinə də yer ayrılıb.
“Dərgidə kitab” layihəsində isə Əsəd Cahangir “Sözümün canı” ilə çıxış edir.
"Dünən susanlar, sabah da susacaqlar..." - Nobel Sülh Mükafatçısı Elie Vizeldən sitatlar 10410-cu gün - Ömər Xəyyamın hekayəsi Məşhur aktrisa narkotik qaçaqmalçılığı ittihamı ilə həbs edildi