İzləyiciləri aldadaraq, pul yığdı Uşağını komaya saldı

02.12.2024

Medicina saytına istinadən Icma.az xəbər verir.


Bloger Allana Harris pul qazanmaq üçün sosial şəbəkədə övladının xəstə olmasını elan edərək, onun müalicəsi üçün dəstək istəyib.

"Medicina" xəbər verir ki, o, "GoFundMe" platformasında 40 min dollardan çox vəsait toplayıb.

Canlı yayımlarda daimi uşağı yatmış və hərəkətsiz göstərmək üçün ana ona güclü toksiki yuxugətiricilər verib. İşin üstünü izləyici həkimlər açıb.

Qadının ərinin bunlardan xəbəri olmadığını bildirilir.

Körpəni ağır dərmanlardan komaya salan qadın nəzarətə götürülüb. Digər uşaqları da ailədən alınaraq, dövlətə verilib.


Aygün Musayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью