İzmirdə 10 İŞİD üzvü saxlanıldı

13.05.2025

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İzmir mərkəzli 4 vilayətdə silahlı terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyatda 10 nəfər şübhəli saxlanılıb.

Redaktor.az xəbər verir ki, İzmir Respublika Prokurorluğunun koordinasiyası ilə İl Jandarma Komandanlığının Terrorla Mübarizə Şöbəsi tərəfindən İŞİD terror təşkilatının maliyyələşməsinin qarşısını almaq məqsədilə aparılan əməliyyatda, barəsində həbs qərarı verilmiş 12 nəfərdən 10-u tutulub.

Şübhəlilərdən birinin xaricdə olduğu müəyyən edilib, digər şübhəlinin tutulması üçün əməliyyatlar davam etdirilir.

Kənan YUSİF 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью